AMEA-da birinci vitse-prezident vəzifəsinə namizədlər açıqlandı

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

İclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

 
Səsvermə üçün fasilə elan edilib.