Azərbaycanda doktorantura yaradılan ali təhsil müəssisələrinin siyahısı dəyişdi - QƏRAR

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə” bölmə siyahıdan çıxarılıb. Siyahıya Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzrə yeni bölmə əlavə edilib.

Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturalar yaradılması mümkün olacaq.