“Mirzə Şəfi məclisi”nin sıraları artır

 

Xəbər verdiyimiz kimi, ötən ilin noyabr ayında M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbi mühitində gənc yazarların məclisi yaradıldı. Məclis böyük ədib Mirzə Şəfi Vazehin adını daşıyır. Məclisin 15-ə yaxın üzvü vardır.

“Mirzə Şəfi məclisi” nin növbəti toplantısında məclisin sədri, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova çıxış edərək məclis üzvlərinin yaradıcılığından danışdı. O, qeyd etdi ki, balaca yazarlar Fatimə Məmmədzadənin “Dəcəl Məryəm”, Sadiq Nəbilinin “Mübariz”, Nigar Xəlilovanın “Müəllim” şeirləri və Eldar Allahverdiyevin “Siçanlar və pişik” hekayəsi “Ziyalı” jurnalının 15-16-cı №-sində dərc olunmuşdur.

Məclisin yeni üzvlərinin şeir və hekayələri ilə aşağıdakı linklərdə tanış olmaq olar. http://yasamal.cls.az/front/files/libraries/81/documents/596277380.pdf http://yasamal.cls.az/front/files/libraries/81/documents/159369883.pdf http://yasamal.cls.az/front/files/libraries/81/documents/122752081.pdf