“Barselona”nın baş məşqçisindən Trampa şikayət: Onu da aradan götürün

ABŞ prezidenti Donald Trampa “Barselona”nın baş məşqçisi Ernesto Valverdedən yarızarafat  şikayət olunub.

Prezidentin “Facebook” səhifəsinə Yussef Əl-Maraqi adlı bir şəxs bu sözləri yazıb:

“Salam, Mister Tramp. Ernesto Valverde “Barselona”nın məşqçisi kimi maskalanmış İran casusudur. Zəhmət olmasa, ona uyğun şəkildə hərəkətə keçin və planeti ondan xilas edin. Təşəkkürlər”.


Qeyd edək ki, “Barselona” azarkeşləri Ernesto Valverdenin məşqçilik fəaliyyətindən narazıdır.