AFFA-nın növbədənkənar Konfransı olacaq - Gündəlik açıqlandı

AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.

Yığıncaq sabah “Bulvar otel”də olacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olacaq. Həmçinin digər məsələlər də nəzərdən keçiriləcək.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin ötən il dekabrın 13-dəki iclasında qəbul olunub.