“Liverpul” yeni geyim şirkəti ilə müqavilə bağladı

“Liverpul” Amerikanın “Nike” firması ilə müqavilə imzalayıb.

Bu haqda klubun saytı məlumat yayıb. Tərəflərin əməkdaşlığı 2020/21 mövsümündən qüvvəyə minəcək. Firma kişi və qadınlardan ibarət komandaları (gənclər komandaları da daxil), eləcə də bütün məçqçisi heyətini formalarla təmin edəcək. Oyun formaları ilə yanaşı məşq formasını da “Liverpul” üçün “Nike” hazırlayacaq.