Xəzər TV-nin yeni uğuru

Xəzər Televiziyasına məxsus ''Xəzər Media'' YouTube səhifəsinin abunəçilərinin sayı 1 milyonu keçib.

Dünyaca məşhur sosial şəbəkədə əldə edilən bu nailiyyət televizyada bayram abu-havası ilə qeyd edilib.

Əldə edilən uğura görə ''Xəzər TV'' MMC-nin prezidenti Şamxal Həsənli bütün kollektivi təbrik edib və izləyicilərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bütün dünyada maraqla izlənilən YouTube sosial şəbəkəsində 1 milyondan çox izləyicisi olan Azərbaycana məxsus səhifələrin sayı cəmi 2 ədəddir.

Hazırda Xəzər Media Mərkəzinə məxsus ''Xəzər Film'' səhifəsində abunəçilərin sayı 357, ''Xəzər Xəbər'' səhifəsində 250, ''Xəzər Music'' səhifəsində 191, ''Dalğa Tv'' səhifəsində 39 və ''Miss Xəzər'' səhifəsində isə 23 mindən çoxdur. Bu səhifələrin ümumi izləyici sayı isə 1 milyon 860 mindən artıqdır.