Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
Kababın tüstüsündən nə evdə oturmaq mümkündür, nə eyvanda. Yayın istisində də, qışın soyuğunda da mənzərə dəyişmir ki, dəyişmir. Mənzillərə hopan qoxu da bir yandan...
Görüntülər Paytaxtın Yasamal rayonu Fuad İbrahimbəyov ünvanındakı "Valentino" restoranındandır.
Bu ünvanda yaşayanlar deyirlər ki, restoranın təmizləyici qurğularının texniki göstəriciləri normalara uyğun deyil.
Restoranın adminstratoru Rəvanə Fətəliyeva isə deyir ki, onlar da sakinlərin narahatlığından xəbərdardırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

