Deputatlığa namizəd Səməd Vəkilov şəhid ailəsi ilə görüşüb

28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov 93-cü ildə Qubadlı istiqmətində döyüşlərdə şəhid olan Ağamirzə Zeynalovun ailəsinə baş çəkib.

Yerveinsan.az-in məlumatına görə, şəhidin ailəsi ilə həmsöhbət olan Səməd Vəkilov həmin dövr ilə bağlı fikirlərini bölüşüb və bildirib ki, vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmiş şəxslər ən ali hörmətə və diqqətə layiq şəxslərdir.


Bu qəhrəmanların sücaəti gənclər arasında daima təbliğ olunmalıdır. Gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu əsla unutmamalıdırlar.