Azərbaycanda və Rusiyada insan coğrafiyasına dair məqalələr toplusu nəşr olunub


AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Rusiya İctimai Coğrafiyaçılar Assosiasiyası tərəfindən “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı məqalələr toplusu nəşr olunub.

Topluda 11-14 may 2018-ci il tarixlərində Bakıda keçirilmiş “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda beynəlxalq konfransın materialları yer alıb. 

Nəşrin baş redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi redaktoru institutun aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur.

Məqalələr toplusu tələbələr, magistrantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.