Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" qərarında dəyişiklik edib.

 "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:

Şuranın sədri

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Şuranın sədr müavini

Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Şuranın məsul katibi

Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Şuranın üzvləri:

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik

Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik

 
Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru

Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru

Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri

İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor, texnika elmləri doktoru

Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant

Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini

Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini

Rövşən Rüstəmov - "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini.

Nazirlər Kabinetinin digər qərarı ilə "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.