“Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı”

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və Azəbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin birgə hazırladığı “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı” adlı kitabı çapdan çıxmışdır. Kitabın müəllifləri geologiya-mineralogiya elmləri doktoru, AMEA –nın müxbir üzvü T.N.Kəngərli, yer elmləri üzrə fəlsəfə doktoru O.Ə.Rzayev və Z.İ.Abadzadədir. Kitabın baş redaktoru akademik Ak.A.Əlizadədir.

Əvvəla onu deyək ki, nəfis şəkildə tərtib olunmuş bu kitab çox dəyərli bir vəsaitdir. Kitab Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində aparılan ətraflı geoloji, geomorfoloji, geoloji-planalma, geoloji-axtarış və geoloji- kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirilmiş şəkildə əks etdirən, nadir geoloji təbiət abidələri barədə məlumat verən, həmçinin ərazinin geoloji öyrənilməsində böyük əməyi olan peşəkar alim və mütəxəssislərin fəaliyyət yolunu işıqlandıran olduqca sanballı əsərdir.

“Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı” kitabı digər nəşrlərdən özünəməxsusluğu ilə seçilir. Kitabla tanış olan adam bu qədim diyarın geoloji quruluşu, zəngin faydalı qazıntıları, nadir təbiət abidələri, ərazidə aparılmış geoloji tədqiqatlar və tədqiqatçılar barədə ən zəruri məlumatların bir nəşrdə əks olunmçasına heyran olmaya bilmir. Haqqında söz açdığımız kitabın nəşri ölkəmizin geoloji mühitində əlamətdar hadisədir. Olduqca dəyərli olan bu kitabın hazırlanmasına sərf etdikləri əməyə görə müəlliflərə təşəkkürümüzü bildirir, onlara yaradıcılıq uğurları arzulayırıq.

Hesab edirik ki, kitab Naxçıvan diyarının geoloji irsi və onun öyrənilmə tarixi ilə maraqlanan mütəxəssislər, ali və orta təhsil müəssisələrinin tələbələri və geniş oxucu kütləsi üçün faydalı bir məlumat mənbəyidir.

 

“YER VƏ İNSAN”

 

Fotosessiya