Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Romanın "Fiumicino" Beynəlxalq hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevaİtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşıladılar.