Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Aprelin 6-da Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan  verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq, Milli Televiziya və Radio Şurasının üzvü İsmət Səttarov şuranın sədri seçilib.