Birləşmiş Ştatların neft hasilatı azalır

ABŞ-ın gündəlik xam neft istehsalı azalıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 104 min barrel azalaraq sutkada orta hesabla 12,3 milyon barrel olub. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 194 min barrel azalaraq sutkada 5,68 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 603 min barrel artaraq gündəlik 3,43 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 11,8 milyon barrel olacaq.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.