Sabah paytaxtın 150-dən çox əsas küçə və prospektində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, aprelin 18-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən çox əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

