"Avro-2020"nin adı ilə bağlı YEKUN QƏRAR verildi

Avro-2020-nin adının dəyişdirilməməsi qərarı təsdiqlənib.

Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında elan edilib.

Bu yay keçirilməli olan qitə birinciliyi koronavirus pandemiyasında görə 2021-ci ilə təxirə salınmasına baxmayaraq, "Avro-2020” adının qorumasına qərar verilib.

UEFA Avropa çempionatının 60 illiyi səbəbindən (1960-2020) yarışın adının dəyişdirilməməsi ilə bağlı yekun qərara gəlib.

Qeyd edək ki, Avro-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçiriləcək.