Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək

Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

“Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik”.

Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib.