Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ

"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Keçən il imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəlcədənaçıqlanırdı”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdəTəhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, yəqin ki, tədris olunmayan mövzular imtahandasalınmayacaq:

 
"Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər”.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə qeyd edib ki, imtahanda istifadə edilən proqramlar ümumtəhsil dövlət standartlarına uyğun formada olur.