İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev M.H.Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutularaq Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.