Daha bir dünya çempionatı təxirə salınıb

Badminton üzrə dünya çempionatı təxirə salınıb.

Gələn ilin avqustuna planlaşdırılan yarış koronavirus pandemiyası üzündən ilin sonuna keçirilib. Yarış noyabrın 29-dan dekabrın 5-dək təşkil olunacaq.


Bu barədə qərar Dünya Badminton və İspaniya Badminton federasiyaları arasında razılaşma əsasında verilib.


Çempionat İspaniyanın Uelva şəhərində keçiriləcək.