Buraxılış imtahanlarının vaxtı məlum oldu

Bu il IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

 
O, həmçinin qeyd edib ki, XI sinfin buraxılış imtahanları iyun ayında planlaşdırılır.