Koronavirusla bağlı yenidən məhdudiyyətlər tətbiq edilə bilər

Koronavirusla bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı yenidən qərarlar verilə bilər.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Bayram günləri üçün belə məhdudiyyətlərin verilməsini mümkün sayan R.Bayramlının sözlərinə görə, 10-14 gün ərzində olan göstəricilər əsasında növbəti mərhələlərlə bağlı qərarlar veriləcək:

“SMS-lə icazə almaq ləğv edilib. Amma bu, o demək deyil ki, biz əvvəlki həyatımıza dönməliyik”.

“10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək”.

TƏBİB sədri bildirib ki, SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir.

Həmçinin restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır.

O qeyd edib ki, bu qaydalara əməl etməyənlər ciddi şəkildə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.//Trend