Müdafiə Nazirliyi erməni diversantın üzərindən götürülən ləvazimatların görüntülərini yayıb (FOTO)
Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Müdafiə Nazirliyi Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyaları ictimaiyyətə təqdim edib.

