Əminəm ki, şücaətli hərbçilərimiz yaxın günlərdə Qarabağda Ali Baş Komandanımıza “Qələbə” raportu verəcəkdir

Bütün bu uğurlar möhtərəm cənab Prezidentin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin  gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir... Əminəm ki, ardıcıl zəfərlər əldə edən şücaətli hərbçilərimiz yaxın günlərdə Qarabağda Ali Baş Komandanımıza “Qələbə” raportu verəcəkdir.

Bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev bu gün (01.10.2020-ci il tarixdə) “Xalq Qəzeti” qəzetində dərc edilən məqaləsində qeyd etmişdir.