Baş prokuror: Ermənistanın Azərbaycan ərazilərində törətdiyi təxribatlar həm də hərbi cinayətdir
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribatlarla həm də hərbi cinayət törədilib.
Bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, hazırda bununla bağlı Respublika Hərbi Prokurorluğunda 5 cinayət işi başlanıb. Hazırda hər 5 faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.

