Prezident İlham Əliyev: Tərtər, Cəbrayıl və Füzulinin kəndləri işğaldan azad olunub (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.
Paylaşımda qeyd edilib:
"Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir".


