Ermənilər Göygöl və Goranboyu raket atəşinə tutdu

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini atəşə tutmaqda davam edir.

Hazırda erməni hərbi birləşmələri Göygöl rayonunun Çaylı və Goranboy rayonunun Nizami kəndlərini ağır artilleriya atəşinə tutur.

 

 
Həmin kəndlərin ərazisinə raket zərbələri də endirilib. Atılan raketlərin boş sahələrə düşdüyü deyilir.