Türkiyənin Xarici İşlər naziri: Ermənistan Yaxın Şərq regionundakı erməniləri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürür
Ermənistan beynəlxalq hüququ pozaraq Yaxın Şərq regionunda yaşayan erməniləri Azərbaycan işğal edilmiş ərazilərinə köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Mövlud Çavuşoğlu qeyd edib ki, beynəlxalq ictimaiyyət bunun belə davam etməyəcəyini bilməlidir. Bütün dünya ölkələrinin haqlının yanında olması, həqiqətləri deməsi üçün Azərbaycanla mübarizəmizi davam etdirəcəyik.

