Hikmət Hacıyev: Bu, Azərbaycan xalqına qarşı növbəti soyqırım aktıdır
Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı vandalizm və barbarlıq siyasəti davam edir.
Bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: "Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Xocalı soyqırımı zamanı şahidi olduğumuz Azərbaycan xalqına qarşı növbəti bir soyqırım aktıdır".

