Rusiyalı jurnalist təsadüfən Ermənistanın böyük itkilərini əks etdirən foto paylaşıb (FOTO)

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.

Jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşıb.

Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.

Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərir ki, Yerevan cəbhədəki real itkilərini gizlətməyə çalışır.

Fotolar dərc olunduqdan sonra A.Kots onları dərhal silib.//Trend