Muxtar Babayev ispaniyalı nazirlə COP29-un iqlim maliyyəsində rolunu müzakirə edib

Sevilyada keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) çərçivəsində COP29-un sədri, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və İspaniyanın Ekoloji keçid və Demoqrafik problemlər üzrə naziri xanım Sara Aagesen Muñoz arasında ikitərəfli görüş keçirilib.
COP29-un sosial şəbəkədə rəsmi səhifəsində xəbər verilir ki, görüşdə tərəflər bir-birini dəstəkləmək üçün iqlim fəaliyyəti və inkişafı imkanlarını, eləcə də İqlim maliyyəsi üzrə irəliləyiş fəaliyyətinə təkan verməkdə COP29-un rolunu müzakirə etdilər.