Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən verilən xəbərə görə, Şahdağda qar yağır. 

Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.