Azərbaycanda geoloji xidmətin yaranması və təşəkkülütarixindən

Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşunun olması və faydalı qazıntıların çeşidli, həm də rəngarəngliliyi ilə qonşu ölkələrinkindən fərqlənir.
Öz nefti ilə dünyada məşhur olan Azərbaycan Respublikası həm də müxtəlif metalların (dəmir, alüminium, mis, sink, qurğuşun, qızıl və s), qeyri-metalların (dağ-kimyəvi, xörək duzu, aqrokimyəvi xammallar və s.) və tikinti materialları kimi faydalı qazıntı yataqları ilə də zəngindir.
Azərbaycan ərazisinin müxtəlif faydalı qazıntılarla zəngin olması burada geologiya elminin qədimdən intişar tapmasına zəmin yaratmışdır. Geoloji əmələgəlmələr və hadisələr haqqında ilk məlumatlara qədim və orta əsr mənbələrində, o dövrün məşhur alim, səyyah və mütəfəkkirlərinin (Strabon, İstəxri, Məsudi, Marko Polo və b.) əsərlərində rast gəlinir. Lakin geologiya müstəqil elm kimi 18-ci əsrin ikinci – 19-cu əsrin birinci yarısından etibarən formalaşmağa başlamışdır. Bu dövrdə ölkə ərazisinin, xüsusilə də onun neft-qaz və başqa faydalı qazıntı yataqlarının daha geniş yayıldığı sahələr bir sıra tanınmış səyyah və təbiətşünaslar tərəfindən geoloji cəhətdən öyrənilmişdir. 19-cu əsrin 2-ci yarısından başlayaraq respublika ərazisində geoloji tədqiqatlar qismən məqsədyönlü şəkildə aparılmış və onların əhatə dairəsi xeyli genişlənmişdir.

Məqalənin tam mətni ilə PDF versiyasından tanış ola bilərsiniz.