Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasında, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

