İki yüz illik azadlıq davamız, müstəqillik mübarizəmiz tarixin gərdişi ilə, xalqımızın əzmi ilə uğurla nəticələndi

Rus imperiyası tərəfindən işğal və ilhaq edilmiş Azərbaycanın Arazdan şimalda yerləşən hissəsi 1918-ci il mayın 28-də imperiyadan və Sovet bolşevik hakimiyyətindən qopub öz müstəqil Azərbaycan Cünhuriyyətini, özünün müstəqil Dövlətini qurdu. 1920-ci ildə Rus-sovet bolşevik quldurları erməni daşnakları və bəzi üzdəniraqların aşağı problu köməyi ilə Azərbaycan Cümhuriyyətinin ərazisini yenidən işğal etdi, onlara müqavimət göstərənləri məhv etdi, öz cinayətkar hakimiyyətini bərqərar etdi. Ölkəmizin ərazisini parçaladı, itə-qurda pay verdi, düşünən, ləyaqətli insanlarımızı ədalətsizcəsinə məhv etdi, insanları sürgün etdi, sərvətlərimizi talan etdi, əhalini ac-yalavac qoydu. Milli ləyaqətimizi, mənəvi dəyərlərimizi məhv etməyə çalışdı. 1991-ci ildə oktyabrın 18-da iki yüz illik azadlıq davamız, müstəqillik mübarizəmiz tarixin gərdişi ilə, xalqımızın əzmi ilə uğurla nəticələndi. Xalq azadlığını, Dövlət itirilmiş müstəqilliyini Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bax, bu gün qeyd etdiyimiz bayram həmin Müstəqillik bayramıdır. Bayramınız mübarək!

Aydın Kərimov