Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş keçirilib.

 Əbu-Dabidə baş tutan görüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, ikinci raundda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.