Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mei ilə görüşüb

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mei ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.