Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb

Bərdə Smerç tipli raket sistemindən atəşə tutulub.

Bunu hazırda Bərdədə olan ANAMA nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hər raketin içində 72 dənə bombacıq var. Biz iki raket tapmışıq, bu o deməkdir ki, 144 ədəd bombacıq şəhərə atılıb: "Bundan əlavə Goranboy və Ağcəbədidə bu bombacıqları tapmışıq".