Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.