Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.