Vladimir Putin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlənməyəcəyinə ümid edir
Rusiya Prezidenti Vladimir Putin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlənməyəcəyinə ümid bəslədiyini bildirib.
TASS informasiya agentliyi xəbər verir ki, Vladimir Putin deyib: “Ümid edirəm ki, biz artıq “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsindən istifadə etməyəcəyik”.
Rusiya Prezidenti, həmçinin ümid etdiyini bildirib ki, tezliklə başqa məsələlərin, xüsusən humanitar mövzuların müzakirəsinə başlanılacaq.