Türkiyənin növbəti hərbi istehkamçıları Azərbaycana gəlib 

Türkiyə Quru Qoşunlarının Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.