Saqiyan kəndi Günəşli adlandırıldı - Prezident İlham Əliyev qanunu imzaladı
Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Şamaxı rayonu” bölməsinin 48.33-cü sətrində hər iki halda “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilir.

