Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi

  
Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 


Kaspi.az-ın məlumatına görə, sərəncamda deyilir:


"Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin".