Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb - MN

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrlə hər iki general ehtiyata buraxılıb.