Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfirinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.