Dövlət Neft Fondunun səhm alışı artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm bazarına investisiyaları artırıb.

Yerveinsan.az ARDNF-in cari ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, aprelin 1-nə fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 64 faizi istiqrazlar və pul bazarı alətləri, 17 faizi səhmlər təşkil edib.

Ötən ilin sonunda isə Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 63,8 faizlik, səhmlər 15,9 faizlik paya sahib olub.