“Avro-2020” könüllülərinin Bakı Olimpiya Stadionunda təlimlərinə start verilib

“Avro-2020” könüllülərinin Bakı Olimpiya Stadionunda təlimlərinə start verilib.

Yerveinsan.az AFFA-ya istinadla xəbər verir ki, hər gün müxtəlif sahələrdə fəaliyyət göstərəcək könüllülər üçün ümumi təlimlər təşkil olunur. Gün ərzində 4 qrup üzrə (hər birində 45 nəfər olmaqla) ümumilikdə 230 könüllü təlimlərdə iştirak edir. Ümumi təlimlərdən sonra roll təlimləri təşkil olunacaq.

Bundan əvvəl, 2018-ci ildə Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının könüllülər üzrə koordinatoru və beynəlxalq təlimçi Liza Usmanova "Avro-2020" könüllüləri üçün onlayn təlimlər keçib.

Qeyd edək ki, 10 gün ərzində hər gün 2 dəfə olmaqla, 100 nəfərlik qruplarda təlimlər davam etdirilir.