Serxio Peres Formula 1-də cari mövsümdə ilk, karyerasında isə ikinci qələbəsini Bakıda qazanıb

“Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisində birinci olmaqla cari mövsümdə ilk qələbəsini qazanıb.

 Bakıdakı uğur meksikalı pilotun karyerasında ikinci qələbədir. O, həmçinin “Red Bull Racing Honda” komandasının heyətində ilk dəfə podiumun birinci pilləsinə qalxıb.

Ümumilikdə 196 yürüşdə gücünü sınayan S.Peres ilk qələbəsini ötən il Bəhreyn Qran-Prisində qazanıb.